Siyasət

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

14 İyun 2024 18:59
Baxış: 2 519

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Ekvador hökuməti, xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram.

Fürsətdən istifadə edərək, hökumətimin qarşılıqlı faydalı mövzular üzrə əməkdaşlıq layihələrinin həyata keçirilməsi yolu ilə ölkələrimız arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətinin davam etdirilməsi istəyini Sizə çatdırıram.

Zati-aliləri, Sizə bir daha ən yüksək ehtiramımı bildirirəm".

xxx

18:55

Qayana Kooperativ Respublikasının Prezidenti Məhəmməd İrfan Əli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Müstəqilliyinizin 106-cı ildönümü münasibətilə Sizi, Azərbaycan hökumətini və xalqını təbrik edirəm.

Qayana Azərbaycanın kənd təsərrüfatını həyati vacib sektor kimi prioritetləşdirmək və iqtisadiyyatını daha da gücləndirmək üçün kənd təsərrüfatının modernləşdirilməsi istiqamətindəki təşəbbüslərini və sahəvi siyasətini izləyir və alqışlayır. Qayana da məşğulluğu və ərzaq təhlükəsizliyi perspektivlərini artırmaq üçün iqtisadi tərəqqinin əsas mühərriki kimi bu mühüm sektoru inkişaf etdirməyə sadiqdir.

Ölkələrimiz səmimi münasibətlərə malikdir. Hərtərəfli qarşılıqlı faydamız üçün ümumi maraq dairələri vasitəsilə bu əlaqələrin dərinləşdirilməsinə ümid edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı və davamlı rifahınız üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

----------

06.06.2024

Qambiya Respublikasının Prezidenti Adama Barrou Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram. Xalqınızın şücaətini, qətiyyətini və gücünü təcəssüm etdirən bu əlamətdar gün ölkənizin tarixində önəmli bir mərhələdir.

Azərbaycanın keçdiyi müstəqillik yolunu xatırlayarkən, dünya bu illər ərzində əldə etdiyiniz nailiyyətləri və irəliləyişləri yüksək qiymətləndirir.

Xalqlarımız arasında münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında qurulub.

Biz Azərbaycanın regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və rifahın təşviqi istiqamətində göstərdiyi səyləri təqdir edirik.

Bu əlamətdar günü qeyd edərkən, Azərbaycanı onun bütün vətəndaşları üçün daha parlaq və firavan gələcəyə aparan fəaliyyətinizdə müstəqillik ruhunun Sizi həmişə ilhamlandırmasını arzulayıram.

Sizi bir daha bu bayram münasibətilə təbrik edirəm.

Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına sevinc dolu bayramlar və davamlı uğurlar diləyirəm.

Zati-aliləri, Sizə ən yüksək qardaşlıq ehtiramlarımı çatdırıram".

------------

04.06.2024

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Bu tarix Azərbaycan xalqının müasir, güclü və inkişaf etmiş dövlətin formalaşmasına gətirib çıxaran müstəqillik və suverenlik yolunda əzmkarlığını və sarsılmaz ruhunu əyani şəkildə nümayiş etdirir.

Qəti şəkildə inanıram ki, biz birgə səylərimiz sayəsində Gürcüstan ilə Azərbaycan arasında dostluğu və strateji tərəfdaşlığı daha da möhkəmləndirəcəyik və beləliklə, firavanlığın, sabitliyin gücləndirilməsinə, regionun inkişafına təkan verilməsində ölkələrimizin rolunu artıracağıq.

Zati-aliləri, Sizə bir daha dərin hörmətimi bildirir, ölkənizə xidmət işində uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

------------

18:31 

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  təbrikdə deyilir:

"Zati-aliləri.

Əlamətdar bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Banqladeşlə Azərbaycan arasında ikitərəfli sıx dostluq əlaqələri mövcuddur. Qəti şəkildə inanıram ki, xalqlarımız iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrini gələcəkdə daha da möhkəmləndirmək istiqamətində birlikdə işləməyə davam edəcəklər.

Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

------------

03.06.2024

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının ildönümü münasibətilə Sizi tatarıstanlılar adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Qoy Azərbaycan xalqının tarixində yeni səhifənin açılmasının rəmzi olan bu böyük bayram ölkənin sakinlərinin qəlblərini onları Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasına ruhlandıran yüksək əhvali-ruhiyyə, daim möhkəm birlik və yaradıcılıq eşqi ilə doldursun!

Sizə və yaxınlarınıza, ölkənizin bütün vətəndaşlarına səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, bütün təşəbbüslərinizdə uğurlar və hər zaman ümummilli hədəflərə nail olmağınızı arzulayırıq.

Bu mühüm dövlət bayramının sevincini Azərbaycan xalqı ilə bölüşərək, Rusiya-Azərbaycan strateji münasibətləri çərçivəsində Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında gələcəkdə də mehriban və məhsuldar əməkdaşlığa ümidimizi ifadə edirik.

Sizə, yaxınlarınıza və Azərbaycan Respublikasının sakinlərinə yüksək ehtiramımızı və xoş bayram arzularımızı çatdırırıq".

----------
14:36


Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının komissiya sədri, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Viktor Pinski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Xahiş edirəm, Müstəqillik Günü münasibətilə təbriklərimi qəbul edin.

Ümumhəmkarlar İttifaqları Konfederasiyası Azərbaycanın həmkarlar ittifaqları ilə dostluq və tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir.

Sizə ali dövləti fəaliyyətinizdə səmimi-qəlbdən uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə rifah və əmin-amanlıq arzulayıram".

-----------------

01.06.2024

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Myanma İttifaqı Respublikası xalqı adından və şəxsən öz adımdan ölkənizin Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri gələcək illərdə daha da möhkəmlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı, rifah, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

--------

12:23

Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Pou Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Uruqvay xalqı və hökuməti adından və şəxsən öz adımdan Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi, əziz xalqınıza sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

Ölkələrimiz arasında çox yaxşı ikitərəfli münasibətlər yaranıb və tam əminəm ki, bu münasibətlər mədəni, siyasi əməkdaşlıq zəminində möhkəmlənəcəkdir.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə bir daha ən yüksək ehtiramımı ifadə edirəm".

----------
12:18


Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

İcazə verin, Vyetnam dövləti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına milli bayramınız - Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırım.

Dost Azərbaycanın Sizin rəhbərliyinizlə ölkə həyatının bütün sahələrində və beynəlxalq arenada əldə etdiyi uğurları diqqətlə izləyir və buna çox sevinirik.

Qürur hissi ilə qeyd edirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq uzun illər ərzində möhkəmlənir və inkişaf edir. Qəti əminəm ki, tarixi münasibətlərə əsaslanan Vyetnam-Azərbaycan əlaqələri ölkələrimizin və xalqlarımızın tərəqqisi, bütün dünyada sülh və inkişaf naminə gələcəkdə də genişlənəcəkdir.

Azərbaycana daha sürətli inkişaf, xalqınıza isə xoşbəxtlik arzulayıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, səadət və ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirəm".

---------------
31.05.2024

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Ranil Vikramasinqhe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Əlamətdar bayram - ölkənizin Müstəqillik Günü münasibətilə Şri-Lanka hökuməti adından və şəxsən öz adımdan Zati-alinizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.

Şri-Lanka ilə Azərbaycan arasında xoş mərama və qarşılıqlı anlaşmaya əsaslanan sıx və mehriban münasibətlər mövcuddur. Əminəm ki, bu əlaqələr xalqlarımızın qarşılıqlı rifahı naminə növbəti illərdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

--------

18:02

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.

Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

xxx

17:57

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına tərəqqi və firavanlıq diləyirəm.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

xxx

11:12

Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli cənab Prezident.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Biz dövlətlərimiz arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirir və bu münasibətləri həm ikitərəfli əsasda, həm də beynəlxalq forumlarda daha da inkişaf etdirmək imkanlarını alqışlayırıq.

Mən, həmçinin Sizə və hökumətinizə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməklə bağlı bütün hazırlıqlarınızda uğurlar arzulayıram.

Allah-Taaladan Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına isə sülh və rifah diləyirəm.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".

--------------

30.05.2024

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Liviya Dövləti ilə Azərbaycan Respublikası arasında tarixi əlaqələrin dost xalqlarımızın müştərək mənafeyi naminə bütün sahələrdə inkişaf etdirilməsi üçün Sizinlə birgə əməkdaşlığa hazır olduğumu vurğulayıram.

Hörmətli cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirir, müdrik rəhbərliyinizlə dost Azərbaycan xalqının tərəqqisinə və firavanlığına yönələn səylərinizdə davamlı müvəffəqiyyətlər arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramını qəbul etmənizi xahiş edirəm".

--------
19:22


Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Sizi və ölkənizin vətəndaşlarını bütün kanadalılar adından təbrik edirəm.

Kanada Azərbaycanla əlaqələrini, eləcə də fəal Azərbaycan-Kanada icması tərəfindən qurulan xalqlararası münasibətləri möhkəmləndirməyi davam etdirmək əzmindədir. İkitərəfli müsbət əlaqələrimiz qadınların səlahiyyətlərinin artırılması, qlobal təhlükəsizlik və ətraf mühitin mühafizəsi kimi mühüm məsələlərlə bağlı birgə səylərimizlə daha da möhkəmlənir. Həmçinin Kanada demokratik inkişaf və rifah kimi dəyərlərin Cənubi Qafqazda sülhü möhkəmləndirəcəyinə qəti şəkildə inanır.

Kanada bu ilin sonunda Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirini səbirsizliklə gözləyir. Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə, həmçinin vətəndaşlarımız üçün daha yaxşı gələcək naminə birgə səy göstərməyə hazırdır.

Bu bayram münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram".

---------
18:47


Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-alinizə cansağlığı, rifah, qardaş ölkənizə və onun xalqına isə daha çox tərəqqi və firavanlıq arzu edirəm".

------------
17:46


Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi 28 May - Müstəqillik Günü münasibətilə Türk Dünyası Mediatorlar Birliyi və bütün türkdilli dövlətlərin mediatorları adından təbrik edirəm. Sizin sayənizdə Can Azərbaycanımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək tarixi nailiyyət qazandı.

Sizin andiçmə mərasimində söylədiyiniz "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. İndi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır" sözləriniz bizi səmimi-qəlbdən duyğulandırdı və Türk Dünyası Mediatorlar Birliyinin fəaliyyəti üçün böyük bir motivasiya oldu. Qalib ölkənin Lideri kimi söylədiyiniz bu sözlər bizim üçün strateji yol xəritəsidir və əsas fəaliyyət xəttimizi müəyyən edir. Bu gün bütün Türk dünyası mediatorlarının sevə-sevə təkrarladığı bu sözlər bizim üçün böyük bir şüardır. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Sizin Türk dünyası, türk dövlətləri ailəsi üçün müəyyən etdiyiniz strateji xətt bundan sonra yüz illər boyu böyük işlərin həm təməli, həm də davamıdır.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə dərin minnətdarlığımızı bildirirəm. Gördüyünüz böyük işlər özündən sonra milyonlarla yol, cığır açır. Biz Türk Dünyası Mediatorlar Birliyi olaraq Türk dünyası yolunda cızdığınız xətlə peşə istiqamətimiz üzrə addımlayırıq.

Azərbaycanın suverenliyinin və müstəqilliyinin əsas atributlarından biri olan ərazi bütövlüyünün Sizin komandanlığınızla bərpa olunması azərbaycanlı qardaşlarımızın qürur duyduğu çox önəmli tarixi hadisədir. Sizinlə bütün Türk dünyası qürur duyur.

Sizi bir daha səmimi-qəlbdən təbrik edir və fəaliyyətinizdə yeni uğurlar diləyirik".

---------
14:02


Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri, cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Peru hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar gündə Azərbaycan xalqının rifahı və firavanlığı ilə bağlı ən xoş arzularımı yetirirəm. Peru dövlətinin ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdə maraqlı olduğunu vurğulayıram. Mən, həmçinin xalqlarımızı yaxınlaşdıracaq yeni qarşılıqlı maraq sahələrini müəyyənləşdirmək istəyimi ifadə edirəm.

Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirərəm".

--------

13:58

Kambocanın Kralı Norodom Sihamoni Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, dost Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Səmimi-qəlbdən inanıram ki, Kamboca ilə Azərbaycan arasında əlaqələr qarşılıqlı maraq doğuran məsələlərdə, xüsusilə də dünyada sülh və təhlükəsizliyin təmin edilməsində daha da möhkəmlənəcək və inkişaf edəcək".

-------

10:36

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri cənab Prezident.

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin bütün üzvləri adından Sizə Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.

2008-ci ildə təsis ediləndən etibarən Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın əsas tarixi hadisələrini qeyd etmək, ölkə ilə bağlı həqiqətləri geniş ictimaiyyətə çatdırmaq istiqamətində səylərini əsirgəməmişdir. Cəmiyyətimiz, həmçinin müxtəlif sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirmək, hazırkı və gələcək nəsillərimiz arasında əlaqələri möhkəmləndirmək işinə töhfə verməkdə davam edir.

Cənab Prezident, bu bayram münasibətilə Sizə ən xoş arzularımızı bildirir, Azərbaycana sülh, tərəqqi və firavanlıq diləyirik".

-------------

29.05.2024

Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu il Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Konfransına ev sahibliyi etməkdə sizə uğurlar arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri növbəti illərdə də inkişaf etməkdə davam edəcək".

----------

19:50

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, həmçinin İraq Respublikasının hökuməti və xalqı adından Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin uğurla davam edəcəyinə əmin olduğumu bildirirəm.

Zati-aliləri, Sizə davamlı uğurlar və xoşbəxtlik, Azərbaycan hökumətinə tərəqqi, xalqına isə firavanlıq arzulayıram".

---------
19:41


Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

---------

19:32

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, ölkənizin daha da sürətli inkişafı naminə ən xoş arzularımı bildirirəm.

Əminəm ki, ikitərəfli münasibətlərimiz ümumi maraqlara cavab verən bütün sahələrdə dostluq ruhunda inkişaf edəcək, ölkələrimizin və xalqlarımızın rifahı naminə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

---------
19:05


Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Birləşmiş Millətlər Təşkilatı bu əlamətdar günü Azərbaycan xalqı ilə birlikdə qeyd edir.

Bu əlamətdar tarix Dayanıqlı İnkişaf Məqsədlərinin inkişaf etdirilməsinin, iqlim böhranı ilə mübarizənin, hamı üçün fürsətlərin genişləndirilməsi və ümid verilməsinin əhəmiyyətini xatırlamaq baxımından gözəl fürsətdir.

İndi hamı üçün sülhün, davamlı inkişafın, insan hüquqlarının təmin olunmasına kömək etmək naminə həmrəyliyin və ortaq həll yollarının tapılmasının vaxtıdır.

Bu əlamətdar günü qeyd edərkən, gəlin Azərbaycan xalqı və bütün dünya xalqları üçün daha da yaxşı gələcək naminə səylərimizi artıraq.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

----------
18:47


Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedradan və vitse-prezidenti Rosario Muriyo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri, əziz Qardaşımız.

İcazə verin, Nikaraqua Respublikasının xalqı, Barışıq və Milli Birlik Hökuməti adından və şəxsən öz adımızdan Sizə, qardaş Azərbaycan xalqına və hökumətinə əlamətdar tarix - 28 May - Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi çatdıraq.

Daim firavan və müstəqil olan Nikaraquadan bu zəfərlər, milli suverenlik və müstəqillik tarixini qeyd etməkdə sizə qoşuluruq. Qardaş Azərbaycan xalqı və hökuməti ilə ənənəvi dostluq və əməkdaşlıq əlaqələrini bundan sonra da möhkəmləndirməyə sadiqliyimizi bir daha vurğulayırıq.

Hörmətli Prezident, Sizi qardaşcasına bağrımıza basır, dost Azərbaycan xalqına sülh, inkişaf və firavanlıq arzularımızı çatdırırıq".

--------
18:40


Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.

1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin imzalanması güclü müstəqil dövlətin inkişafının bünövrəsini qoydu.

Böyük tarixi və zəngin mədəniyyəti olan Azərbaycan bu gün iqtisadi və sosial sahələrdə mühüm uğurlar qazanır, regionda və dünyada xarici siyasət mövqelərini möhkəmləndirir. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə qüdrətli və inkişaf edən dövlətə çevrilib.

Bu əlamətdar gündə xalqınız yeni Azərbaycanın təşəkkül tapması, ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi üçün çox işlər görmüş Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin xatirəsini ehtiramla anır.

Sankt-Peterburq iyirmi ildən artıq müddətdə uğurla inkişaf edən Azərbaycan Respublikasındakı tərəfdaşları ilə etimad və qarşılıqlı hörmət əsasında konstruktiv dialoqu yüksək qiymətləndirir.

Əminəm ki, bu yaxınlarda Sankt-Peterburqun Bakıda mədəni-işgüzar missiyası ölkələrimiz və şəhərlərimiz arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Əldə olunmuş razılaşmalar Peterburq-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək.

Azərbaycana tərəqqi, ölkənin sakinlərinə sülh və əmin-amanlıq arzulayıram".

----------
16:50


Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik.

Bu əlamətdar tarix Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinin, sosial-iqtisadi inkişafında nəzərəçarpan nəticələrin əldə olunmasının, ölkənin beynəlxalq arenada nüfuzunun artmasının rəmzidir.

Mən Azərbaycan xalqının mədəniyyətini və qonaqpərvərliyini hiss etdiyim, çoxlu müsbət təəssüratlar aldığım Bakı səfərimi və Sizinlə görüşümü məmnunluqla xatırlayıram.

Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatı ailəsinin ayrılmaz parçasıdır və təşkilatın dialoq üzrə ən fəal tərəfdaşlarındandır. Əminəm ki, birgə səylərimizlə qarşılıqlı münasibətlərimizin məzmununu gələcəkdə daha da zənginləşdirəcəyik.

Zati-aliləri, icazə verin Sizə möhkəm cansağlığı və işlərinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayım".

----------

16:41

İtaliyada fəaliyyət göstərən Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 106-cı ildönümü münasibətilə Sizi təbrik edirik. 28 May zəngin tarixə, mədəniyyətə malik Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bir gündür. Bu əlamətdar bayram münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi arzularımızı çatdırırıq.

İtaliya ilə Azərbaycanı qarşılıqlı hörmətə, əməkdaşlığa və dostluğa əsaslanan güclü tərəfdaşlıq birləşdirir. Biz ölkələrimizin rifahı naminə bütün sahələrdə əlaqələrimizi daha da gücləndirmək əzmindəyik.

Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bundan sonra da inkişaf edəcək və bütün sahələrdə daha böyük uğurlar qazanacaqdır. Sizə və Azərbaycan xalqına sülh, sabitlik, firavanlıq və xoşbəxtlik diləyirik.

Yaşasın Azərbaycan!".

----------
14:58


Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Sizi və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Bu bayram ölkənin zəngin tarixini, onun sarsılmaz suverenliyini və müstəqilliyini, dünya arenasında nüfuzlu mövqeyini, həmçinin Azərbaycan xalqının birliyini təcəssüm etdirir. Azad olunmuş ərazilərin fəal şəkildə bərpası ölkənin nailiyyətlərinin növbəti örnəyi oldu.

Əminəm ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə sürətli inkişaf yolunu uğurla davam etdirəcək. Mehriban qonşular olan ölkələrimiz arasında səmimi münasibətlər isə yeni strateji tərəfdaşlıq əsasında və iqtisadi, təhsil, humanitar, mədəni əməkdaşlıq sahələrində xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəkdir.

İcazə verin, Sizə, doğmalarınıza və Azərbaycan xalqına sülh, əmin-amanlıq, cansağlığı, xoşbəxtlik və bütün sahələrdə yeni uğurlar naminə tükənməz enerji arzulayım".

xxx

14:53

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan milli bayramınız - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, tükənməz enerji, sülh, sabitlik və Azərbaycan xalqının tərəqqisi naminə səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram.

Sizi əmin edirik ki, "Mir" Teleradio Şirkəti gələcəkdə də Azərbaycanın həyatını və baş verən hadisələri maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaq".

xxx

14:51

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti Həsən Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının, Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının, Rusiya Vəkillər Gildiyasının, H.B.Mirzəyev adına Rusiya Vəkillik və Notariat Universitetinin adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azərbaycan Sizin müdrik rəhbərlinizlə irimiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.

Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr gündən-günə genişlənir və möhkəmlənir. 2022-ci ilin fevralında imzalanmış "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" şübhəsiz ki, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətli inkişafına kömək edəcək və bu da dost xalqlarımızın maraqlarına uyğundur.

Bir soydaş kimi, tarixi Vətənimlə fəxr edirəm, onu əziz tuturam və Azərbaycan Respublikasında bütün müsbət dəyişikliklərə səmimi-qəlbdən sevinirəm.

Xüsusi vurğulamaq istəyirəm ki, Siz atanızın - Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında əsasını qoyduğu islahat kursunun layiqli davamçısısınız. Sizin fəal vətənpərvərlik və vətəndaşlıq mövqeyiniz, dövlət əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməyiniz Vətənə layiqli xidmət örnəyidir.

Qoy enerji, gümrahlıq və ruh yüksəkliyi daim Sizinlə olsun! Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə müvəffəqiyyətlər və Azərbaycan xalqının rifahı naminə yeni-yeni nailiyyətlər arzulayıram.

Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına cansağlığı, sülh və əmin-amanlıq diləyirəm.

Hörmətlə,

Həsən Mirzəyev

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti,

Rusiya Vəkillər Gildiyasının prezidenti,

Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti

H.B.Mirzəyev adına Rusiya Vəkillik və Notariat Universitetinin rektoru, Rusiya Federasiyasının Əməkdar hüquqşünası,

hüquq elmləri doktoru, professor, Rusiyanın fəxri ədliyyə işçisi".

-------

13:14
 

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və Azərbaycan Respublikasının bütün sakinlərini milli bayram - Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azərbaycan mədəniyyəti və tarixi ilə zəngindir. Ölkə bu gün Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf sahəsində yüksək nəticələr əldə edir. Azərbaycan dünya səviyyəli mədəniyyət və idman tədbirlərində fəal iştirak edir ki, bu da respublikanın nüfuzunun göstəricisidir.

Şübhəsiz ki, ölkənin əsas sərvəti onun qonaqpərvər, zəhmətkeş və müdrik vətəndaşlarıdır. Onların öz əlləri ilə qurub yaratdıqları dünyanın hər yerindən gələn qonaqları heyran edir.

Azərbaycan ilə Qaraçay-Çərkəz Respublikası arasında səmimi dostluq münasibətləri yaranıb. İnanıram ki, əməkdaşlığımız bundan sonra da respublikalarımızın hərtərəfli inkişafına yönələcəkdir.

Sizə və günəşli Azərbaycanın bütün sakinlərinə möhkəm cansağlığı, əmin-amanlıq və tərəqqi arzulayıram".

-------

13:06

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri, əziz Qardaşım.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan, Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə daha çox inkişaf və firavanlıq diləməkdən məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi birləşdirən qardaşlıq və əməkdaşlıq münasibətlərinin artan dinamika ilə inkişafından şad olduğumu bildirirəm. Dost xalqlarımıza xidmət baxımından əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə işləmək istəyimi bir daha ifadə edirəm.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

-------

13:00

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi milli bayramınız - Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvəri kimi, Siz xalqınızın rifah halını durmadan yüksəldir və ölkənizin nüfuzunu bütün dünyada artırırsınız.

Cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına davamlı inkişaf və tərəqqi arzulayıram".

-------

11:41

Rusiyanın "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Qərb və Şərq sivilizasiyalarının mütərəqqi nailiyyətlərini tətbiq edən Azərbaycan Sizin rəhbərliyiniz sayəsində əsas dəyərləri - mədəniyyəti, mənəviyyatı, milli özünəməxsusluğu qoruyub saxlayır. Ölkədə ailə institutu, yaşlı nəslin xidmətlərinə hörmət, vətənpərvərlik hissi möhkəmlənir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, fürsətdən istifadə edərək "LUKOYL"un Azərbaycanda fəaliyyətinə göstərilən hərtərəfli dəstəyə görə dərin minnətdarlığımı bildirim, həmçinin Sizə və bütün Azərbaycan xalqına xoşbəxt həyat, sülh və tərəqqi arzulayım".

--------

11:39

Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun "Birlik" Azərbaycan Milli-Mədəni Muxtariyyəti yerli ictimai təşkilatının sədri Ramiz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun "Birlik" Azərbaycan Milli-Mədəni Muxtariyyəti yerli ictimai təşkilatı adından Sizi Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sizin illər boyu apardığınız uğurlu daxili və xarici siyasət öz bəhrələrini verir. Azərbaycan sürətlə inkişaf edərək, yüksək nüfuz və hörmət qazanaraq beynəlxalq arenada layiqli yerini tutub.

Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə sürətlə irəliləyərək təkcə regional deyil, həm də beynəlxalq arenada inamlı və nüfuzlu mövqelər qazanır, sosial-iqtisadi inkişaf yolu ilə addımlayır.

Sizin daimi diqqətiniz sayəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, xüsusən Tatarıstan Respublikası arasında dostluğa, qardaşlığa, qarşılıqlı hörmətə və xalqlarımızın dəstəyinə əsaslanan ikitərəfli əməkdaşlığın üfüqləri genişlənir. Azərbaycanın inkişafı, onun nüfuzunun artırılması və dünya miqyasında mövqelərinin gücləndirilməsi, həmçinin Rusiyadakı Azərbaycan ictimai təşkilatlarının dəstəklənməsi, ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində gördüyünüz işlərə görə Sizə minnətdarıq. Fəxr edirik ki, müstəqil Azərbaycan dövləti bu gün beynəlxalq miqyasda öz nüfuzunu artırıb.

Cənab Prezident, Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, hər zaman yüksək əhval-ruhiyyə və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Ramiz Məmmədov

Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin

və Leninoqorsk rayonunun "Birlik" Azərbaycan Milli-Mədəni

Muxtariyyəti yerli ictimai təşkilatının sədri".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.