Hadisə

Evdən çıxan COVID-19 xəstəsi saxlanılıb

19 May 2021 11:29
Baxış: 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şirvanda evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, Şirvan şəhər sakini Tehran İbrahimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan T.İbrahimovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktla əlaqədar Şirvan ŞPŞ-də araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory