Hadisə

Masallıda qohumunun evinə gedən qonaq dəhşət yaşadı

30 Aprel 2021 19:04
Baxış: 1 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb. Təxminən 20-25 yaşlarında olan ər və arvadı qohumları evə gələndə huşsuz vəziyyətdə döşəməyə yıxılmış formada tapıblar. Hər ikisinin bıçaq xəsarətləri aldığı bildirilir. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin, eləcə də xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.