Hadisə

Füzulidə xeyli silah-sursat aşkarlanıb - VİDEO

19 Aprel 2021 13:05
Baxış: 1 004
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 14 ədəd əl qumbarası, 42 ədəd minaatan mərmisi, 15 ədəd qumbaraatan mərmisi, 47 ədəd avtomat darağı, 5788 ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.