Hadisə

Yevlaxda ikimərtəbəli ərzaq mağazası yanıb

19 Aprel 2021 09:29
Baxış: 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yevlax şəhərində hər mərtəbəsi 650 m² olan ikimərtəbəli ərzaq mağazasının ikinci mərtəbəsinin yanar konstruksiyaları 56 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.