5 kq-a yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və dərman preparatlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Milli.Az xəbər verir ki, Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayığlığı nəticəsində ümumi çəkisi 4 kiloqram 758 qram narkotik vasitələrə bənzər maddələrin, 718 ədəd güclü təsir edən maddələrin və 14841 ədəd dərman preparatların dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Aprel ayının 12-də "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsində Gürcüstandan Azərbaycan Respublikasına rəsmi qaydada gələn Azərbaycan Respublikası vətəndaşı 1992-ci il təvəllüdlü Bakı şəhər sakini Əhmədov Nicad Məmməd oğlunun idarə etdiyi "MAN" markalı 99-CY-071 dövlət nömrə nişanlı avtomobilin yük salonuna baxış zamanı 14841 ədəd aksiz markası olmayan dərman preparatları aşkar olunaraq götürülmüşdür.
Aprel ayının 14-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılmışdır.
Ağcabədi rayon sakini 1994-cü il təvəllüdlü Rəhimov Cahandar Tahir oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 758 qram narkotik vasitəyə (2042 qram "tiryək", 2716 qram "marixuana", 500 ədəd "gabaprel" və 218 ədəd "mydrax" güclü təsir edən maddələrin) bənzər maddələr aşkar olunaraq götürülmüşdür.
Narkotik vasitənin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ağcabədi rayon sakini 1999-cu il təvəllüdlü Orucov Elşad Oruc oğlu saxlanılmışdır.
Faktlar üzrə cinayət işləri başlanılmış, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işləri üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda güclü yanğın başlayıb - (Video)
-
"Şəki Yaylası" istirahət mərkəzində ölənlərin adları bilindi - Yenilənib - (Video)
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
XƏBƏR LENTİ
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
Bakıda güclü yanğın başlayıb - (Video)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
"Şəki Yaylası" istirahət mərkəzində ölənlərin adları bilindi - Yenilənib - (Video)
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək
-
Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi





