Hadisə

Qəbələdə ağır qəza ölümə səbəb oldu

25 Mart 2021 11:54
Baxış: 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan olan 99 BL 382 dövlət nişanlı "Opel" markalı avtomobilin sürücüsü maşını idarə edərkən ürəyi dayanıb və avtomobili yolun kənarında olan "VAZ 2106" markalı avtomobilə çırpıb. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.