Cəbhəboyu ərazilərdə 20 mina, 282 ədəd partlamamış hərbi sursat aşkarlandı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2021-ci il 22-24 Yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 9 (doqquz) və Dövlət Sərhəd Xidmətindən - 2 (iki) müraciət daxil olub.
ANAMA-dan Milli.Az-a verilən məlumata görə, daxil olmuş 11 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 282 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 19 ədəd tank əleyhinə mina, 2 ədəd bombacıq, 200 ədəd 7,62 mm-lik patronlar, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 8 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 694 600 kv.m (1 369 ha) ərazi yoxlanılmış, 117 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilmiş, 282 tikili yoxlanılıb.
Agentliyin partlayış qrupu tərəfindən 13 ədəd partlamamış hərbi sursat (PHS) , 68 ədəd mina və 2 ədəd bombacıq zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əməkdar artist Nuriyyə Hüseynova canlı yayımda ölüm xəbəri aldı
-
"Zirə"nin rəqibi bilindi
-
Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir?
-
Mehriban Xanlarova makiyajsız görüntüsünü paylaşdı - FOTO
-
Goradildəki mərkəzdə müəmmalı ölüm: Sakinlər nələrdən şikayət edirlər?
-
"Qarabağ"ın yeni transferi - Samuel Lobato
-
“Qarabağ”ın rəqibi 1.4 milyonluq “Vestri” oldu - Avrokuboklarda ilk oyun
-
Azadə Vəliyeva vəfat etdi
-
Kürdəmirdə maşınlar aşdı - xəsarət alanlar var
-
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
-
"Qarabağ"ın rəqibi bəlli oldu - Yenilənib
-
İsrailə köçən Tofiq Mirzəyev xəstəxanaya yerləşdirildi - Son vəziyyət
-
Murat Ekrem kobud səhvlərinə görə işdən çıxarıldı
-
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
-
Bakıda qadın kişini küçədə döydü - Polis işə qarışdı - VİDEO
-
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib - FOTO
-
"Sabah"ın ÇL-də rəqibi bəlli oldu - YENİLƏNİB
-
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir
-
TRT 1-in canlı efirində böyük səhv: Şərhçi Dünya Kubokunun matçında komandaları səhv saldı
-
Nizami rayonunda polisdən əməliyyat: Narkotik satan dəstənin üzvləri yaxalandı
-
Fransanın Azərbaycana qarşı hibrid təhdidlərinə dair parlament komissiyasının rəsmi bəyanatı
-
"Moskvada Putinlə görüşə getməyəcəm" - Zelenski
-
İyunun 19-da parlamentdə 2025-ci ilin dövlət büdcəsinin icrası müzakirə ediləcək





