Hadisə

Gizli fəaliyyət göstərən çayxana aşkar edilib

21 Dekabr 2020 18:29
Baxış: 810
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ağdaş şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində Tamerlan Allahverdiyevin qanunsuz olaraq çayxana işlətdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan on beş müştərinin də xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. İcarədar T.Allahverdiyev və müştərilər Polis Şöbəsinə dəvət olunub. Onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.