Hadisə

Xaçmazda qaydaları pozan COVİD-19 xəstələri saxlanılıb

2 Dekabr 2020 14:04
Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmazda qaydaları pozan COVİD-19 xəstələri saxlanılıb .

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadıqları ünvanı tərk edərək Bakı şəhərinə və Quba rayonuna getmək istəyən koronavirus xəstələrini aşkarlayıblar. Araşdırmalarla həmin şəxslərin Xaçmaz rayon sakinləri A.Zeynalova və A.İsayeva olduqları müəyyən edilib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və onlar təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Faktlarla əlaqədar Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.