Hadisə

Azərbaycanın ilk fizika-riyaziyyatçı qadın professoru vəfat etdi

25 Sentyabr 2020 17:49
Baxış: 736

Azərbaycan Texniki Universitetinin (AzTU) Elm və texnika üzrə sabiq prorektoru Zərifə İsgəndərzadə 85 yaşında vəfat edib.

AzTU-dan Trend-ə verilən məlumata görə, Z.İsgəndərzadə 1959-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirib.

1995-2000-ci illərdə AzTU-nun Elm və texnika üzrə prorektoru vəzifəsində işləyib.
30 il ərzində (1980-ci ildən 2010-cu ilə kimi) AzTU-nun Yarımkeçiricilər və dielektriklər, Mikroelektronika və tətbiqi fizika və Elektronika kafedralarına rəhbərlik edib. 2010-2017-ci illərdə fəaliyyətini Elektronika kafedrasının professoru kimi davam etdirib.

Zərifə İsgəndərzadə Azərbaycanın fizika-riyaziyyat üzrə ilk qadın professorudur.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.