Azərbaycan-İran sərhədində insident olub, bir nəfər öldürülüb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
DSX-dan Milli.Az-a verilən məlumata görə, bu tədbirlər nəticəsində 2020-ci ilin 29 iyun tarixində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır.
Həmin gün saat 23:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunmuşdur. Sərhəd pozucularının silahlı olmaları, üzərilərində 2 ədəd kisədə yük olması müşahidə edilmişdir.
Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd etmişlər.
Sərhəd naryadı tərəfindən "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölmüşdür. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçmışdır.
Əraziyə baxış zaman 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar edilmişdir.
Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilmişdir.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
XƏBƏR LENTİ
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başladı
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Türkiyədə güclü zəlzələ oldu
-
Avro əskinasları dəyişdirilir
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Zelenski üçtərəfli görüşdən danışdı
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycanda zəlzələ oldu
-
Naomi Kempbell Bakıda - (Video)





