Hadisə

Azərbaycanda daha bir hakim dünyasını dəyişdi

28 İyun 2020 10:24
Baxış: 3 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Apelyasiya Məhkəməsinin hakimi Müseyib Abbas oğlu Hüseynov dünyasını dəyişib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə vəkil Orxan Kəngərli sosial şəbəkədə məlumat paylaşıb.

Bildirilib ki, 60 yaşlı M.Hüseynov uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Müseyib Hüseynov 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli iqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri, 2016-cı ildən isə Bakı Apelyasiya Məhkəməsinin hakimi olub.

Xatırladaq ki, bir neçə gün əvvəl Apelyasiya Məhkəməsinin daha bir hakimi Məmmədov Namiq Eyyub oğlu dünyasını dəyişmişdi. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.