Hadisə

Bir-birinə yol verməyiblər - Kamil Zeynallının davası ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB - VİDEO

19 İyun 2020 14:37
Baxış: 12 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:37

Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallının dava etməsi ilə bağlı video yayımlanıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov açıqlamasında bildirib ki, hadisənin Abşeron rayonu Qobu qəsəbəsində baş verib:

"Hadisə Abşeron rayonu Qobu qəsəbəsində olub. Hər iki sürücü bir-birinə yol vermədiyi üçün sözləri çap gəlib. Nəticədə aralarında mübahisə yaşanıb və dava düşüb. Onlar polis tərəfindən müvafiq polis şöbəsinə aparılıb. Orada yazdıqları izahatda bir-birlərindən şikayətçi olmadıqlarını bildiriblər və bu səbəbdən sərbəst buraxılıblar.

Ehsan Zahidov yayılan görüntülərin də araşdırıldığını deyib. 

----------

14:34

Abşeron rayonu ərazisində fitnes məşqçisi kimi Kamil Zeynallı dava salıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə həftənin 2-ci günü Qobu qəsəbəsində olarkən Kamil Zeynallı bir vətəndaşla dalaşıb.

Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.