Hadisə

İstanbulda partlayışlar

20 Aprel 2010 10:12
Baxış: 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Habertürk"ə istinadən xəbər verir ki, partlayışların hamısı şəhərin Sultanəhməd rayonunda qeydə alınıb. Yerli vaxtla saat 21.00 radələrində (Bakı vaxtı ilə saat 23.00) Sultanəhməd məscidinin qarşısındakı çay bağında və tramvay yolunda bir-birindən 200 metr uzaqlıqda yerləşdirilən səs bombalarının partlaması ətrafda panikaya səbəb olub. Turistlərin sıx olduğu restoranların yerləşdiyi küçədə baş verən partlayışda ətraf binaların şüşələri sınıb.

Partlayışlar nəticəsində xəsarət alan olmayıb. Polis ətrafı mühasirəyə alaraq, hadisə yerində araşdırmalara başlayıb. Mütəxəssislər partlayışlara səs bombalarının səbəb olduğunu aydınlaşdırıblar. İlkin məlumatlara görə, Sultanəhməd məscidinin qarşısındakı çay bağında bombanı 25 yaşlı bir kişi 9 yaşlı uşaq vasitəsilə zibil qutusuna yerləşdirib. Onun axtarışları davam edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.