Hadisə

Tovuzda avtomobil qaçıran şəxs tutuldu

29 Fevral 2020 19:00
0 Şərh     Baxış: 1 019
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuz rayonunun Ceyrançol adlanan ərazisindən "VAZ-21015" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Veyisov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, fevralın 28-də Tovuz rayonunun Ceyrançol adlanan ərazisindən Gədəbəy rayon sakini A.Məmmədova məxsus "VAZ-21015" markalı avtomobilin qaçırılması barədə Tovuz RPŞ-yə məlumat daxil olub.

Tovuz və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Veyisov saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.