Hadisə

Bakıda məcburi köçkünlərin məskunlaşdığı poliklinikada yanğın olub

26 Yanvar 2020 17:55
0 Şərh     Baxış: 994

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şəhərin Sabunçu rayonunda dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində tikilən taxtadan ibarət tikililər 12 m² sahədə, 1 ədəd paltaryuyan maşın və dəhlizdən keçən 6 p. m elektrik naqili yanıb.

Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Dəhlizin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.