Hadisə

Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü - FOTO

16 Dekabr 2019 16:34
0 Şərh     Baxış: 1 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Moskva vilayətinin Voskresenski rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumatı Saratov vilayətinin xilasetmə xidməti yayıb.

Qəza Sızran-Saratov-Volqoqrad magistral yolunun 236-cı kilometrliyində baş verib. 

Belə ki,  "Chery" minik maşınını idarə edən 26 yaşlı sürücü "Scania" markalı avtomobil daşıyan TIR-la toqquşub. Qəza nəticəsində "Chery" markalı avtomobili idarə edən gənc hadisə yerində vəfat edib. Məlum olub ki, qəzada həlak olan şəxs Azərbaycan vətəndaşıdır.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır, qəzanın səbəbləri araşdırılır.

İlkin məlumatlara görə qəzanın səbəbkarı "Scania" yük maşınının sürücüsüdür, o, qarlı havada idarəetməni itirərək, minik avtomobilinə çırpılıb. 
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.