Hadisə

Bakıda yanğın - Evdə huşsuz vəziyyətdə qalan qadın xilas edildi

18 Avqust 2019 12:34
0 Şərh     Baxış: 1 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhərinin Nərimanov rayonunda mənzildə yanğın olub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə huşsuz vəziyyətdə aşkar olunan ev sahibi, 1953-cü il təvəllüdlü Yekavenko Nina Viktorovna yanğınsöndürənlər təfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.