Hadisə

“Burda qan var” - Şabranda baş verən dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO - FOTO

13 İyun 2018 13:13
0 Şərh     Baxış: 1 780

Şabranda yol qəzası baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı "Mercedes" markalı yük maşını eyni markadan olan minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik maşınında olan Şabran sakinləri Anar Həmidli, Məcnun Quliyev və Sadiq Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib və onlara müvafiq tibbi yardım göstərilib. 

Xəstəxanadan bildirilib ki, yaralılardan sürücü Anar Həmidli kəllə-beyin travması aldığından vəziyyəti ağır qiymətləndirilir. Digər iki yaralının xəsarətləri isə nisbətən yüngüldür.

Hadisə şahidi: "Kənddən çıxırmış, toqquşublar. Maşınlar kalonla gəlirdi. Toqquşub, motor gedib düşüb arxın içinə. Qan var burda. Uşaqları da aparıblar xəstəxanaya. İndi biz də gedirik ora".

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Burda qan var" - Şabranda baş verən dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.