Hadisə

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı ağır yol qəzasına düşüb

25 Mart 2018 21:36
0 Şərh     Baxış: 2 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sumqayıt şəhərində bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Elbəy Nadir oğlu Məmmədov Sumqayıt şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində ağır yaralanıb.

O, dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, E.Məmmədovun vəziyyəti ağır olduğu üçün o, dərhal Bakı şəhərinə göndərilərək Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

E.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.