Göyçənin Zod kəndindəki Azərbaycan qəbiristanlığının görüntüləri yayılıb. Bu görüntüləri Ukraynada yaşayan soydaşlarımızdan biri əldə edib.
Milli.Az xəbər verir ki, fotonu moderator.az-a əslən Gəncədən olan Əhliman Məmmədov göndərib.
2014-cü ildə çəkilmiş fotoda ön plandakı məzarın üzərindəki heykəlin baş hissəsi erməni vandalları tərəfindən dağıdılıb. Ətrafdakı digər qəbirlərin də dağıdldığı görünür.
Başdaşı üzərində Eyvaz Məhəmməd oğlu Həsənovun adı yazılıb.
Milli.Az