Ermənilərin dağıtdığı Azərbaycan qəbiristanlığı - FOTO

13 Mart 2017 11:57

Göyçənin Zod kəndindəki Azərbaycan qəbiristanlığının görüntüləri yayılıb. Bu görüntüləri Ukraynada yaşayan soydaşlarımızdan biri əldə edib.

Milli.Az xəbər verir ki, fotonu moderator.az-a əslən Gəncədən olan Əhliman Məmmədov göndərib.
2014-cü ildə çəkilmiş fotoda ön plandakı məzarın üzərindəki heykəlin baş hissəsi erməni vandalları tərəfindən dağıdılıb. Ətrafdakı digər qəbirlərin də dağıdldığı görünür.

Başdaşı üzərində Eyvaz Məhəmməd oğlu Həsənovun adı yazılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində