Hadisə

Bakıda oğurluq edən gənclər SAXLANILDI

21 Sentyabr 2025 15:35
Baxış: 277
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nizami və Suraxanı rayonlarında oğurluq edənlər saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Paytaxtın Nizami rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq olub.

Zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat vasitəsindən 1000 manatının talanmasını bildirib. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı E.Musayev müəyyən edilərək saxlanılıb.

Suraxanı rayonunda isə evlərin birindən 1000 manat talamaqda şübhəli bilinən paytaxt sakini 29 yaşlı M.Abdullayev də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.