Hadisə

Biləsuvarda sürücü ürək tutmasından öldü

21 Sentyabr 2025 15:51
Baxış: 297
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Mirzəyev Mirzə Xıdır oğlu minik avtomobilini idarə edərkən halı qəfildən pisləşib. Daha sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Hadisə yerində həyatını itirən sürücünün ürək tutmasından vəfat etdiyi bildirilir.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.