Hadisə

Ağacı kəsmək istəyərkən hündürlükdən yerə düşüb, ağır xəsarət alıb

11 Noyabr 2016 22:57
0 Şərh     Baxış: 1 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkir rayon sakini ağacdan yıxılaraq ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Sarıtəpə kənd sakini 1957-ci il təvəllüdlü Akif Cəfərov müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, A. Cəfərov həyətində uca bir ağacı kəsmək istəyərkən hündürlükdən yerə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.