Qaydanı başqaları pozdu, qəzaya onlar düşdülər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda başqa sürücülərin səhvi ucbatından baş verən iki yol qəzasının görüntüləri Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" xidmətinin kameralarında qeydə alınıb.Bakıda başqalarının səhvi ucbatından ağır yol qəzaları baş verir, səbəbkarlar isə əlini-qolunu sallayıb aradan çıxırlar
Avtosfer.az-ın məlumatına görə, hər iki qəzaya başqa sürücülər səbəb olub. Lakin onlar qəzadan sonra sakitcə aradan çıxıblar. Birinci qəza aeroport yolunda baş verib. Videodan da göründüyü kimi, "Hyundai" markalı avtomobilin sürücüsü qəflətən sükanı sağa çəkir. Bu zaman onun yanı ilə hərəkət edən "İnfiniti"nin sürücüsü də sükanı qaçırdır və idarəetməni itirir. Yanındakı maşını vuran "İnfiniti" yol kənarındakı avtobus dayanacağına girir. Hər iki maşın dayanacaqda dayanmış başqa bir avtomobili də vurub əzir.
Qəzaya səbəb olan "Hyundai"ın sürücüsü isə heç nə olmayıbmış kimi hadisə yerini tərk edir.
Digər yol qəzasında da səbəbkar "Hyundai"ın sürücüsüdür. Göründüyü kimi, o, 7-ci zolaqdan birinci zolağa manevr edir. Bu zaman təhlükəsizlik qaydalarına əməl etmir və digər nəqliyyat vasitələrinin yoluna çıxır. "Hyundai"la toqquşmamaq üçün sukanı sağa qaçıran qara rəngli avtomobilin sürücüsü digər avtomobillə toqquşaraq yol kənarındakı maneəyə çırpılır. Onların qəzaya düşməsinə səbəb olan "Hyundai" isə sakitcə aradan çıxır.
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da hər iki qəzaya münasibət bildirib: "Bu videoda əks olunan hər iki qəzaya diqqətlə baxdım. Onların hər ikisi eyni mexanizmlə baş verir: intizamsız sürücü qəza şəraiti yaradaraq aradan çıxır, həmin şəraitdə digər sürücülər bir-biri ilə toqquşurlar. Bu qəzaların əsas səbəbkarı, şübhəsiz ki, qəza şəraiti yaradıb aradan çıxan intizamsız sürücülərdir. Amma onların hər ikisinə diqqətlə baxanda qəzaya düşənlərin də kobud səhvlərini görməmək mümkün deyil. Özü də bu videolar sürücülərimiz arasında geniş yayılmış çox təhlükəli bir qanunauyğunluğu da ortaya qoyur. Qanunauyğunluq isə qəza şəraitinə düşən sürücünün ilk olaraq əyləci deyil, sükanı yada salmasıdır. Bu, ikinci qəzada daha aydın görünür. Qəzaya düşən qara rəngli taksinin sürücüsü qabaqdakı maneəni, yəni köndələninə gedən avtomobili görəndə sadəcə yüngülcə əyləcə bassaydı, qəza baş verməzdi, amma həmin taksidəki "Şumaxer" əyləci yadına da salmadan sükanı fırladır və belə qəza baş verir. Məhz bu səbəbdən həmin qəzada qəza şəraiti yaradıb aradan çıxan sürücüdən çox, həmin taksinin sürücüsü təqsirli sayıla bilər. Düzdür, birinci hadisədə qəza şəraiti qəflətən yaranır. Amma əminəm ki, orada da istiqamətini dəyişərək qəzaya düşən sürücü doğru vərdişə, yəni ilk olaraq əyləcə basmaq vərdişinə sahib olsaydı, qəza olmaya bilərdi.
Ümumiyyətlə, sürcülərimizə demək istəyirəm ki, belə nadürüst və intizamsız sürücülər qəza şəraiti yaradanda ilk olaraq avtomobilin əyləcini yada salmaq, daha sonra şərait varsa, sükandan istifadə lazımdir. Yol hərəkəti qaydaları da (50-ci maddə) ilk olaraq məhz sürəti azaltmağı, yəni tormozlamanı tələb edir. Özü də bu tələb məcburidir, sükandan istifadə isə şəraitdən və s. asılı olaraq sürücünün ixtiyarına verilir".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək





