Hadisə

Müstəntiqlə təhqiqatçı qəzaya düşdülər, iki kəndi qazsız qoydular

20 Aprel 2015 10:55
0 Şərh     Baxış: 1 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib

APA-nın məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunun Qarabulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Turab Vaqif oğlu İsgəndərov idarə etdiyi "Toyota" markalı, 99 FL 066 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı qaz xəttinə çırpıb. Avtomobildə sürücüdən əlavə, bir sərnişin də olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, Qaxbaş və Ağçay kəndlərini təbii qazla təchiz edən 195 mm-lik qaz xətti sıradan çıxıb. İki kəndə təbii qazın verilməsində fasilə yaranıb.

Qax Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, qəza törədən sürücü Turab İsgəndərov və avtomobildə olan sərnişin Aygül Həsənova Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarıdır. Turab İsgəndərov istintaq bölməsində müstəntiq, Aygül Həsənova isə təhqiqatçı vəzifələrində işləyirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.