Hadisə

Bakıdan dəhşətli rəqəmlər - VİDEO

9 Aprel 2015 14:08
0 Şərh     Baxış: 2 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
233 yol qəzası, 67 ölü, 286 yaralı

Paytaxtda yol polisi tərəfindən 218 min inzibati protokol tərtib edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin verdiyi məlumata görə, bu il yanvarın 1-dən aprelin 5-nə qədər paytaxt ərazisində 233 yol qəzası baş verib. Qəzalar nəticəsində 67 nəfər ölüb, 286 nəfər xəsarət alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarında ölüm hallarının sayı 2 fakt azalsa da, qəza hadisələrinin sayı 12 fakt, xəsarət sayı isə 39 fakt artıb. Hesabat dövründə qəzaların 49%-i sürət həddinin aşılması, 51%-i piyadaların vurulması, 27%-i təhlükəli manevr qaydasını pozma səbəbindən baş verib. 

Region TV

Videonu  izləmək üçün şəklə klikləyin.


фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.