Hadisə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda dəhşətli avtobus qəzasında ölən və yaralananların adı məlum oldu - YENİLƏNİB
7 Aprel 2015 13:20
10 Şərh
Baxış: 21 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
13:20
Bakının Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aprelin 6-da saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Zakir Mirzəyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus və Gürcüstan vətəndaşı Polad Quliyevin idarə etdiyi "Daewoo" markalı 194 saylı xətt avtobusu toqquşub.
Bununla əlaqədar Z.Mirzəyev və P.Quliyev düşüb mübahisə edərkən Salyan rayon sakini Cahid Babayev idarə etdiyi "Daewoo" markalı 211 saylı xətt avtobusu ilə hər iki sürücünü və onların idarə etdikləri avtomobilləri vurub. Nəticədə P.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb, Z.Mirzəyev və 6 sərnişini xəstəxanaya yerləşdirilib.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
--------
11:00
Bakıda 3 sərnişin avtobusu toqquşub. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında, "Sədərək" ticarət mərkəzinin yaxınlığında yerləşən dairədə qeydə alınıb.
194 saylı xətt üzrə hərəkət edən "Daewoo" ,"Mercedes" və 211 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusları toqquşub. Nəticədə avtobuslarda olan sərnişinlər Gülgəz Yunis qızı Hüseynova, Vüqar Arif oğlu Şamilli, Elmin Cavanşir oğlu İslamov, Polad İsmayıl oğlu Quliyev, Alim Əbülfəz oğlu Əlizadə, Tural Vaqif oğlu Kərimov, Fazil Mirayaz oğlu Mirzəyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Polisdən baş verən qəza zamanı bir nəfərin öldüyü və hələlik onun şəxsiyyətinin məlum olmadığı bildirilib.
----------
10:24
Bakıda sərnişin avtobuslarının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, Qaradağ rayonu ərazisində, Sədərək ticarət mərkəzinin yaxınlığında 194 saylı xətt üzrə sərnişindaşıma ilə məşğul olan "Daewoo" markalı avtobusla fəhlələri daşıyan "Mercedes" markalı mikroavtobus toqquşub.
Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib və sürücülər, eləcə də avtobuslarda olan sərnişinlər düşərək mübahisə etməyə başlayıblar. Bu zaman 211 saylı xətt üzrə hərəkət edən digər "Daewoo" markalı sərnişin avtobusu yolda cəmləşmiş insanlara çırpılıb. Nəticədə "Mercedes" markalı mikroavtobusun sürücüsü hadisə yerindəcə keçinib. Daha 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək