Piyada qəzaya səbəb oldu: 3 yaralı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gecə paytaxtın Yasamal rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib
APA -nın məlumatına görə qəza rayonun Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Emin Kazımov idarə etdiyi "Daewoo" markalı maşınla hərəkətdə olan zaman qarşısına piyadanın çıxması nəticəsində idarəetməni itirərək yolun əks istiqamətinə keçib. O, Məlik Əliyevə məxsus "KİA" markalı avtomobillə toqquşub. Zərbənin təsiri nəticəsində avtomobil yol kənarından çıxıb.
Qəza törətmiş avtomobilin sürücü və sərnişini ilə yanaşı digər avtomobildəki sərnişin də yüngül bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib. Qeyd edək ki, qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək





