Hadisə

Bakıdakı xəstəxananın baş həkimi özünü öldürən müavini haqda danışdı - YENİLƏNİB - FOTO

25 Sentyabr 2014 12:52
10 Şərh     Baxış: 10 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:52

Bakıda "Xəzər" klinikasının baş həkimi xəstəxanada baş verən intihar hadisəsi barədə danışıb.

Klinikanın baş həkimi İlqar Yusifovun anspress-ə verdiyi məlumata görə, əslində intihar edən klinikada təsərrüfat işləri üzrə müdirin müavinidir.

Baş həkimin sözlərinə görə, 63 yaşlı Nəbiolla Heydərli ailə problemlərilə əlaqədar özünü asıb.

"Onun intiharının klinika ilə heç bir əlaqəsi yoxdur. Klinikanın arxasında təsərrüfat otağı var, orada intihar edib. Özü ailəsilə birlikdə Nərimanovda qalırdı. Heç bir xəstəliyi olmayıb", - deyə İlqar Yusifov bildirib.

Qeyd edək ki, Nəbiolla Heydərli ailəlidir və 2 övladı var.

--------
10:11

Bakıda yerləşən xəstəxanada faciə olub. Nizami rayonu ərazisində yerləşən "Xəzər" klinikasında baş həkimin müavini özünü iş otağının qapısından iplə asıb.

Nizami Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, Qara Qarayev küçəsi 69 ünvanında yerləşən "Xəzər" klinikasının baş həkiminin müavini Nəbiolla Heydərli iş otağının qapısının çərçivəsindən iplə asılmış vəziyyətdə aşkarlanıb. Onun özünə qəsd etməsinin səbəbini öyrənməyə çalışırıq.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.