Hadisə

Azərbaycanda günülər saçyolduya çıxdılar, biri xəstəxanalıq oldu

25 Sentyabr 2014 08:48
3 Şərh     Baxış: 2 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zaqatalada bir kişinin iki arvadı arasında insident baş verib.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, hadisə rayonun Cılban kəndində qeydə alınınıb.

Məlumatlara görə, adı hələlik açıqlanmayan kənd sakininin həyat yoldaşları arasında mübahisə düşüb. Nəticədə 2-ci arvad 1-cini xəstəxanalıq edib. Hadisə zamanı 1961-ci il təvəllüdlü, Cılban kənd sakini Didrayeva Şahruq Soltanəhməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığından Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralı zərbələri əsasən başından alıb. İlkin ehtimallara görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla əlaqədar müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır.  Hadisənin təfərrüatları barədə ətraflı məlumat veriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.