Azərbaycanda dəhşətli qəzada ölənlərin sayı 4-ə çatdı, 6 yaralı var - YENİLƏNİB - FOTO - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəzada ölənlərin və xəsarət alanların şəxsiyyəti məlum olub
12:11
Ağcabədi rayonunda yol qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyəti məlum olub.
APA-nın xəbərinə görə, BMW, "Mercedes" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW-nin sürücüsü, 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu, "Daewoo"nun sürücüsü Ağamalıyev Nəbi Məhəmməd oğlu, 1983-cü ildə anadan olmuş Alıyeva Naibə Əli qızı, 2007-ci il təvəllüdlü Alıyev Fəqan Kənan oğlu hadisə yerində dünyasını dəyişib.
Bundan başqa, 1979-cu il təvəllüdlü Alıyev Kənan Vaqif oğlu, 2005-ci il təvəllüdlü Alıyeva Fərqanə Kənan qızı, 2009-cu il təvəllüdlü Alıyeva Gülçin Kənan qızı, 1997-ci il təvəllüdlü Ağamalıyev Nurlan Nəbi oğlu, 1969-cu il təvəllüdlü Quliyeva Arifə Yunis qızı və İsrafilova Səbinə Əzim qızı müxtəlif bədən xəsarətləri ilə Ağcabədi və Bərdə rayon mərkəzi xəstəxanalarına çatdırılıblar.
---------
11:41
Ağcabədi rayonda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb. BMW, "Mercedes" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW-nin sürücüsü, 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu hadisə yerində dünyasını dəyişib.
Şəxsiyyətləri məlum olmayan 3 nəfərin isə xəstəxanaya çatdırılarkən yolda və xəstəxanada öldüyü bildirilir. Dünyasını dəyişənlərdən birinin Sumqayıt, birinin Bərdə, ikisinin isə Ağcabədi rayon sakini olduğu açıqlanıb.
---------
09:00
Ağcabədidə 3 avtomobil toqquşub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonu, Qaravəlli kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşlara məxsus "BMW", "Mercedes" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BMW" markalı minik avtomobilinin sahibi 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlardan istifadə etməklə E.Bəşirovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Milli.Az
-----------
18:30
----------
10:26
Böyütmək üçün şəkillərə klikləyin.










DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək





