Hadisə

"Lotu Quli"yə telefon keçirmək istəyən vəkilin məhkəməsi başladı

18 Avqust 2014 20:04
0 Şərh     Baxış: 1 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Qaradağ Rayon Məhkəməsində müvəkkili olan Nadir Səlifov ("Lotu Quli") üçün cəzaçəkmə müəssisəsinə telefon keçirmək istəyən vəkil Kamandar Nəsibovun məhkəmə prosesi olub.

"Qafqazinfo"nun əldə etdiyi xəbərə görə, məhkəmə prosesi hakim Rufan Mürsəlovun sədrliyi ilə baş tutub. Lakin hazırlıq iclası başqa vaxta təyin olunub.

Məlumat üçün bildirək ki, vəkil Kamandar Nəsibova qarşı cinayət işi Cinayət Məcəlləsinin iki maddəsi üzrə - 26 (Cinayət etməyə cəhd) və 317-1.1 (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi) maddələri ilə açılıb.

Proseslə bağlı məlumat əldə etmək üçün vəkil Kamandar Nəsibovla əlaqə saxlasaq, da o, bu işlə bağlı işin məhkəməyə, ümumiyyətlə, göndərilmədiyini bildirib.

Xatırladaq ki, bir neçə ay əvvəl "Qafqazinfo" 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilən zaman üzərində gizlədilmiş, daxilində "Azercell" danışıq kartı olan 1 ədəd "Huawei" markalı modem aparatı aşkar edilərək götürülməsi ilə bağlı xəbər yaymışdı

Nadir Səlifov "Loti Quli" adı ilə tanınan kriminal avtoritetdir. O, 2006-cı ildə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.