Hadisə

Azərbaycanda əkiz qardaşları maşın vurdu

9 Aprel 2015 23:51
0 Şərh     Baxış: 2 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncədə əkiz qardaşlar avtomobil zərbəsinə tuş gəlib. Bu gün Gəncə şəhəri Neman Vəliyev küçəsində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən bildirir ki, şəhər sakinləri 18 yaşlı Mürsəl və Rəsul Kəngərli qardaşları piyadalar üçün nəzərdə tutulan səki ilə gedərkən, sürətlə hərəkətdə olan "VAZ 21015" markalı avtomobil tərəfindən vurulublar.

Bundan sonra sürücü idarəetməni itirərək ağaca çırpılıb. Sürücü hadisə yerini tərk edərək qaçıb.

Polis əməkdaşları müəyyən edib ki, Mürsəl və Rəsul Kəngərliləri vuran sürücü Gədəbəy sakini 26 yaşlı Rövşən Mahmudovdur. O, saxlanılaraq həkim müayinəsindən keçirilib. Saxlanılan şəxsin sərxoş olma ehtimalı var.

Xəsərət alanlar həkim nəzarəti altındadır. Onların səhhətləri orta-ağır kimi qiymətləndirilir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.