Xəzərdə itən balıqçıların qohumları: "Köməklik edən yoxdur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün Xəzərdə itkin düşən üç sumqayıt sakinin axtarışları davam edir.
Milli.Az anspress-əə istinadən bildirir ki, iki gün əvvəl Xəzər dənizində itkin düşən sumqayıtlı üç balıqçıdan hələ də bir xəbər yoxdur. İtkin düşən balıqçılar Hacı Zeynalabdin Tağıyev qəsəbə sakinləridir. Onlardan ikisi ata Əliyev Azad və oğul Əliyev Mübariz digəri isə qonşuluqda yaşayan Kərimov Pərvizdir.
Qohumlarının dediyinə görə, 62 yaşlı Azad Əliyev illərin balıqçısı olub. 4 oğul atası övladları ilə birgə balıqçılıq edərək dolanırmış. Hadisə baş verən gün, yəni aprelin 7-də balıqçılar havanın sakit olmasından istifadə edərək yenə dənizə çıxıblar.
"Ümid edirik ki, sağdılar, gələcəklər. Onları gözləyirik. Bununla bağlı məlumat da verilmir. Köməklik edən yoxdur", - deyə oğul Vüsal Əliyev bildirib.
İtkin düşən balıqçıların axtarışları dünən bütün gün davam edib. Axtarışlara havadan helikopterlərlərlə dəstək verilib. Bunun nəticəsi olaraq onların qayıqları dənizin Siyəzən istiqamətində Zarat deyilən ərazidə tapılıb.
Qonşuluqda yaşayan digər balıqçı 29 yaşlı Pərviz Kərimovun da ailəsində hüzn hökm sürür. Oğlunu tək başına böyütdüyünü deyən Qızbəs xanım axtarış işlərindən narazılıq edir:
"Xahiş edirəm aidiyyati qurumlar axtarş işlərini sürətləndirsinlər. Uşağımın meytini axtarıb tapsınlar. Hazırda axtarış işləri istənilən kimi həyata keçirilmir".
İtkin düşən balıqçıların bütün sənədlərinin qaydasında olduğunu öyrəndik.
Fövqəladə Hallar Nazirliyinin rəsmisi Oqtay Bayramov helikopter əməliyyatlarına ara verilsə də, dənizdəki axtarışların davam etdiyini dedi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO





