"Moskva" Ticarət Mərkəzində baş verən yanğın zamanı zərərçəkən olmayıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, hadisə yerinə səhər saat 08:12-də çağırış olub və 2 təcili yardım maşını əraziyə göndərilib. Onun sözlərinə görə, həkim briqadaları 2 saata yaxın müddət ərzində yanğın baş verən ərazidə olublar. Lakin bu müddət ərzində zərərçəkən və təcili yardım həkimlərinə müraciət edən olmayıb.
----------
10:28
Trend bildirir ki, FHN-in rəsmi saytının yaydığı məlumata görə, "Moskva" ticarət mərkəzinin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən ziynət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
----------
10:10
Polisdən Milli.Az-a verilən məlumata görə, yanğından ən çox ziyan çəkən bölmə qızıl zinət əşyalarının satıldığı şöbə olub.
O da vurğulandı ki, yanğında xeyli miqdarda qızıl əşyalar əriyib.
Hazırda dəyən ziyanın miqdarı hesablanır.
----------
09:42
Milli.Az-ın hadisə yerində olan müxbiri bildirir ki, yanğın təqribən saat 8:40-da gəlin paltarlarının olduğu yerdə başlayıb. Yanğın artıq söndürülüb.
Univermaq təmir edilirmiş.
----------
09:39
Fövqəladə Hallar Nazirliyi "Moskva" univermağında baş verən yanğınla bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Moskva" univermağının binasında yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğın məhdudlaşdırılıb. İlkin məlumata əsasən 1 ədəd eskalatorun yanar hissələri yanıb.
---------
09:31
Trend bildirir ki, ilkin məlumata əsasən, 1 ədəd eskalatorun yanar hissələri yanıb.
--------
09:22
Bu gün səhər saatlarında "Moskva" univermağında yanğın baş verib.
Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, hadisə univermağın ikinci mərtəbəsində qeydə alınıb.
Yanğının artıq söndürüldüyü bildirilir.
---------
09:15
Bakı şəhəri 3-cü mikrorayon ərazisindəki iri ticarət mərkəzlərindən birində yanğın başlayıb.
Anspress-in xəbərinə görə, hadisə "Memar Əcəmi" metrostansiyasının yaxınlığındakı "Moskva Univermağı" adlanan ticarət mərkəzində baş verib.
Hadisə şahidlərinin verdikləri məlumata görə, yanğın əsasən gəlin paltarları və ümumilikdə trikotaj məhsullarının olduğu mərtəbədə baş verib.
Hadisə yerinə FHN dövlət yanğından mühafizə briqadalarının 4 yanğınsöndürən maşını 2 təcili yardım cəlb olunub.
İlkin ehtimala görə, yanğının elektrik qısaqapanması səbəbindən baş verdiyi güman olunur.
Hadisə səhər saatlarında baş verdiyindən yanğın nəticəsində xəsarət alan olmayıb.
Xatırladaq ki, 2 gün əvvəl "Sahil" metrostansiyasının üstündə olan "Sahil" ticarət mərkəzində də yanğın baş vermişdi.
---------
09:04
Bakının məşhur univermaqlarından bir yanır.
Oxucuların Milli.Az-a bildirdiklərinə görə, "Memar Əcəmi" metrostansiyası yaxınlığında yerləşən "Moskva" univermağında səhər saatlarında yanğın başlayıb.
Xəbəri dəqiqləşdirməyə çalışırıq.
Teymur Hacıyev, Ceyhun Ələkbərov
Milli.Az
-----------
12:10
Böyütmək üçün şəkillərə klikləyin.










Videonu izləmək üçün şəklə klikləyin.

---------
10:37
Böyütmək üçün şəkillərə klikləyin.
















Videonu izləmək üçün şəklə klikləyin.

----------
10:12
Videonu izləmək üçün şəklə klikləyin.

Böyütmək üçün şəkillərə klikləyin.
---------
10:04
Böyütmək üçün şəkillərə klikləyin.









----------
09:47









----------
09:09

Foto: Facebook, Ceyhun Ələkbərov. Milli.Az, anspress, AzərTAc, qafqazinfo, axar.az