Hadisə

Goranboyda sex yandı - FOTO

7 Mart 2014 09:03
0 Şərh     Baxış: 1 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dünən axşam saat 22 radələrində Goranboy rayonunun Goran qəsəbəsində Gilan Holdinq şirkətlər qrupuna məxsus qips sexində yanğın başlayıb.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, alovu söndürmək üçün Goranboyla yanaşı, Yevlax və Bərdə rayonlarından, eləcə də Gəncə şəhərindən yanğınsöndürənlər cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə təxminən 4 saat yarım iş aparıblar.  Bu müddət ərzində sexin anbarı içərisində olan əşyalarla birlikdə yanaraq külə dönüb.  Ancaq yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.  Hazırda müvafiq strukturlar bu istiqamətdə araşdırmalar aparırlar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.