Hadisə

Salyanda evə ildırım düşdü (Video)

25 Oktyabr 2026 10:56
Baxış: 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Salyanda evə ildırım düşüb.  

Milli.Az xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində Məmmədov Marif Surudin oğluna məxsus fərdi yaşayış evində qeydə alınıb.

Ev sahibinin sözlərinə görə, hadisə bu səhər saat 5 radələrində baş verib. İldırımdan sonra yaranan alovun qısa müddətdə evi bürüməsi ciddi təhlükə yaradıb.

Hadisəni ev sahibi vaxtında aşkar edib və hadisə yerinə gələn Salyan Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində alovun yayılmasının qarşısı alınıb.

Hadisə nəticədə evin bir otağı tamamilə yanıb. Evdəki əşyalara və tikilinin özünə ciddi ziyan dəyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.