Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Sarayının səhnəsində "Turandot" tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazov çıxış edib.
Milli.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasını izləyib.
Son 98 ildə Azərbaycanda ilk dəfə səhnələşdirilən yeni "Turandot" xüsusi olaraq Bakı səhnəsi üçün hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, icraçı rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev və rejissoru Elnur İsmayılovdur. Tamaşanın xor hissəsi üzərində xormeyster və Əməkdar artist Sevil Hacıyeva çalışıb. Xoreoqraflar Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılovdur.
Tamaşada üç fərqli aktyor heyəti iştirak edir. Üç premyera axşamının hər birində Turandot və Kalaf rollarını müxtəlif solistlər ifa edəcək və dirijor kürsüsündə fərqli maestrolar olacaq.
Oktyabrın 24-də məşhur Kalaf rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və beynəlxalq səhnədə ən tanınmış Azərbaycan opera müğənnilərindən biri olan Xalq artisti Yusif Eyvazov ifa edib. Bu partiya Yusif Eyvazov üçün özünəməxsus vizit kartına çevrilib. Eyni zamanda, bu, məşhur tenorun onu Azərbaycanda ilk dəfə ifa etməsi idi. Elə həmin axşam Turandot rolunu italyan sopranosu Karmen Cannattazio ifa edib və italyan maestro Beatriçe Venezi dirijor kürsüsündə olub.
Yusif Eyvazov tamaşadan əvvəl keçirilən mətbuat konfransında "Turandot" operasının premyerasını tarixi hadisə adlandırıb. Xalq artisti qeyd edib ki, 98 il sonra "Turandot" yenidən Azərbaycan səhnəsinə qayıdır. Rejissor Mikayıl Mikayılov və quruluşçu rəssam Mustafa Mustafayevin təqdim etdiyi bu yeni tamaşa çox yüksək səviyyəyə malikdir. Azərbaycanlı sənətçilərə xarici opera solistləri də qoşulacaq.
Quruluşçu rejissor Mikayıl Mikayılov əlavə edib ki, teatr truppası çox böyük əmək sərf edib. "Ümid edirik ki, tamaşaçılar səylərimizi qiymətləndirəcək və tamaşadan zövq alacaqlar. Bu, teatr mədəniyyətimiz üçün böyük dəyərə malik çox əlamətdar hadisədir", - deyə o bildirib.
"Turandot" Cakomo Puççininin ən məşhur operalarından biridir. Üçpərdəli tamaşa Karlo Qozzinin eyniadlı pyesi əsasında hazırlanıb. Librettonu Cüzeppe Adami və Renato Simoni yazıblar. Operanın premyerası 1926-cı il aprelin 25-də Milandakı La Skala teatrında Arturo Toskanininin dirijorluğu ilə baş tutub.
Bakılı tamaşaçılar operanı ilk dəfə 1928-ci ildə, dünya premyerasından cəmi iki il sonra izləyiblər. Bakıdakı premyera Sovet İttifaqında ilk "Turandot" tamaşası olub.
Puççini 1920-ci ilin yayından 1924-cü ildə vəfat edənə qədər "Turandot" üzərində işləyib. Amma məşhur əsərini tamamlamaq ona qismət olmayıb. Operanın son hissəsini Puççininin notları əsasında Franko Alfano tamamlayıb.
Operanın süjeti amansız şahzadə Turandot və şahzadə Kalafın sevgi hekayəsi ətrafında cərəyan edir. Qozzininin nağılında olduğu kimi, Turandot bütün namizədləri üç tapmaca ilə sınayır və şərt qoyur ki, düzgün cavab verən adama ərə gedəcək, yanlış cavab verən isə edam ediləcək. Bir sıra sınaqlardan sonra Kalaf tapmacaları həll edir və nəhayət, sevgisinin gücünə təslim olan Turandotla evlənir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu rayonlarımıza qar yağdı
-
Narın dənələri bu üsulla bir anda bir-birindən ayrılır - (Video)
-
Ukrayna Belqoroda kabus yaşatdı: Ölü və yaralılar var
-
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
-
İsraildən Türkiyəyə güc nümayişi
-
Salyanda evə ildırım düşdü (Video)
-
ABŞ-yə yeni təklif: Hörmüzü açırıq, əvəzində...
-
Əməkdar artist dekolteli geyimi ilə diqqət çəkdi – (Video)
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər
-
Güllünün ölümü ilə bağlı şok detal
-
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - (Foto)
-
ABŞ-də atışma: 12 yaralı var
-
Millimiz bu gün 2 oyuna çıxacaq
-
90-cı illərin məşhur müğənnisi illər sonra - (Foto)
-
Xırdalanda maşın aşdı - Sürücü yaralandı
-
Tramp: Danimarka əla davrandı, Qrenlandiyanı bizə verdilər
-
Rusiyada güclü zəlzələ oldu
-
Vensan Kompani xəstəxanalıq oldu
-
Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq: İçmədən əvvəl 2 dəfə düşünün
-
Benzinli və dizel avtomobillər 2028-ci ildən qadağan ediləcək
-
Bu müsəlman ölkəsində hökumət subaylara sevgili tapmağa kömək edəcək
-
Toyda unudulmaz an - (Video)
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"





