Hadisə

Qaradağda anbardan 70 min manatlıq telefon və aksesuar oğurlanıb.

31 Avqust 2026 14:42
Baxış: 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qaradağ rayonu ərazisində fəaliyyət göstərən şirkətlərdən birinin anbarından külli miqdarda mobil telefon və müxtəlif aksesuarların oğurlanması barədə polisə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, DİN-in məlumatına görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 33 yaşlı A.Bağırov və 35 yaşlı R.Rəsullu saxlanılıblar.

Araşdırma zamanı R.Rəsullunun həmin anbarda əməkdaş kimi çalışdığı müəyyən edilib.

Oğurlanan məhsulların ümumi dəyərinin 70 min manata yaxın olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.