Qaradağ rayonu ərazisində fəaliyyət göstərən şirkətlərdən birinin anbarından külli miqdarda mobil telefon və müxtəlif aksesuarların oğurlanması barədə polisə məlumat daxil olub.
Milli.Az xəbər verir ki, DİN-in məlumatına görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 33 yaşlı A.Bağırov və 35 yaşlı R.Rəsullu saxlanılıblar.
Araşdırma zamanı R.Rəsullunun həmin anbarda əməkdaş kimi çalışdığı müəyyən edilib.
Oğurlanan məhsulların ümumi dəyərinin 70 min manata yaxın olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)