Hadisə

Gəncədə zibillikdə ölü döl tapıldı: Araşdırma başladı

20 Avqust 2026 11:56
Baxış: 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncədə zibil poliqonunda ölü döl aşkarlanıb.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda qeydə alınıb. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hadisə yerinə baxış keçirilib və aşkarlanan ölü döl məhkəmə-tibbi ekspertizaya göndərilib.

Hadisənin hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək üçün zəruri prosessual tədbirlər görülür.

Araşdırmanın yekunlarına əsasən hadisəyə hüquqi qiymət veriləcək.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.