Hadisə

7 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb

23 İyun 2026 11:00
Baxış: 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Milli.Az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 41 yaşlı Emin Mahmudov saxlanılıb.

Onun üzərindən ümumilikdə 7 kiloqramdan artıq marixuana, heroin və tiryək aşkarlanaraq dövriyyədən çıxarılıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.