Güclü yağışların vurduğu zərəri kim ÖDƏYƏCƏK?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər müşahidə olunan intensiv yağışlar nəticəsində evləri və obyektləri su basıb. Dəyən zərərlə bağlı məsuliyyət məsələləri yenidən gündəmə gəlib.
Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən hüquqşünas Elvin Əliyev bildirib ki, belə hallarda məsuliyyət və zərərin ödənilməsi hadisənin başvermə səbəbindən asılı olaraq müəyyən edilir.
Onun sözlərinə görə, əgər zərər leysan və ya sel kimi təbii fəlakətlər nəticəsində baş veribsə, bu halda kompensasiya əsasən dövlət tərəfindən həyata keçirilən qiymətləndirmə və yardım mexanizmləri çərçivəsində mümkün olur.

Elvin Əliyev, Hüquqşünas
Hüquqşünas qeyd edib ki, əgər zərərin yaranmasına kommunal xidmətlərin, məsələn, yağış sularının axıdılması sistemlərinin nasazlığı, tikinti normalarının pozulması və ya aidiyyəti qurumların səhlənkarlığı səbəb olubsa, bu zaman məsuliyyət həmin qurumların üzərinə düşə bilər:
"Əmlak sığortalanıbsa, zərərin ödənilməsi sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq sığorta şirkəti tərəfindən həyata keçirilir".
E.Əliyev bildirib ki, zərərçəkən vətəndaşlar ilk növbədə hadisəni rəsmiləşdirməli və aidiyyəti qurumlara müraciət etməlidirlər. Bundan sonra dövlət qurumları tərəfindən yerində baxış keçirilir, zərərin həcmi aktlaşdırılır və müvafiq ekspertiza əsasında qiymətləndirmə aparılır:
"Araşdırmanın nəticəsinə uyğun olaraq zərərin hansı tərəf tərəfindən ödəniləcəyi müəyyən edilir və qərara əsasən ya dövlət dəstəyi göstərilir, ya məsul qurum tərəfindən ödəniş edilir, ya da sığorta mexanizmi tətbiq olunur".
Hüquqşünas onu da vurğulayıb ki, müvafiq icazə sənədləri olmadan inşa edilmiş və ya tikinti normalarına uyğun olmayan obyektlərdə kompensasiya məsələsi daha mürəkkəbdir. Belə tikililər rəsmi qeydiyyata alınmadığı üçün onların zərərinin ödənilməsi ilə bağlı hüquqi mexanizmlər məhdud olur və əksər hallarda vətəndaşlar zərəri öz hesablarına qarşılamaq məcburiyyətində qalırlar.
Sonda vətəndaşlara tövsiyə olunur ki, daşınmaz əmlaklarını sığortalasınlar və fövqəladə hallarla bağlı müraciətləri gecikdirməsinlər. Bu, zərərin daha operativ və dolğun şəkildə qarşılanmasına imkan yaradır.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər





