Bakıda ölümlə nəticələnən hadisə baş verib.
Milli.Az xəbər verir ki, dünən saat 13 radələrində 1998-ci il təvəllüdlü Azər İsmayılov yaşadığı Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsindəki evin 4-cü mərtəbəsindəki eyvanından yıxılıb.
O, hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az





