Bakıda 28 yaşlı şəxs binadan yıxılıb öldü

19 Fevral 2026 13:02

Bakıda ölümlə nəticələnən hadisə baş verib.

Milli.Az xəbər verir ki, dünən saat 13 radələrində 1998-ci il təvəllüdlü Azər İsmayılov yaşadığı Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsindəki evin 4-cü mərtəbəsindəki eyvanından yıxılıb.

O, hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az