Hadisə

Bakıda bahalı QƏZA: Avtobus 2 lüks avtomobilin arasında qaldı - VİDEO

16 Fevral 2026 10:22
Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, İlkin məlumata görə, şəhər ərazisində hərəkətdə olan sərnişin avtobusu iki bahalı lüks avtomobillə toqquşub.

Hadisə zamanı avtobusun Mercedes-Benz G-Class (Gelandewagen) və Land Rover Range Rover markalı avtomobillərin arasından keçmək istəyib. Nəticədə nəqliyyat vasitəsi iki maşının arasında sıxılıb qalıb.

Şahidlərin sözlərinə görə, qəza zamanı avtomobillərə ciddi maddi ziyan dəyib. Hadisə yerindən yayılan görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və istifadəçilər baş verənləri "bahalı qəza" adlandırıblar.

Qəza ilə bağlı rəsmi qurumların araşdırma apardığı bildirilir. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik dəqiq məlumat açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.