Hadisə

Şəhid anası vəfat etdi

9 Fevral 2026 15:10
Baxış: 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva yaşadığı Goranboy rayonunun Faxralı kəndində xəstəlik səbəbindən dünyasını dəyişib. O, bu gün dəfn edilib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Kərim Yusifov MAXE kimi orduda xidmət edib. O, Vətən müharibəsinin ilk günündə Talış-Suqovuşan istiqamətində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.